Rusiyada fəaliyyət göstərən Reyhan adlı azərbaycanlı müğənni avtomobil qəzasında vəfat edib.
Mia.az-a istinadla xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında aparıcı Sərxan Kərəmoğlu deyib.
O bildirib ki, qəza zamanı avtomobildə dörd nəfər olub: "30 ildir Rusiyada yaşayır. Əslən Yevlaxdandır. Toya gedəndə qəza keçiriblər. Reyhan vəfat edib, digər musiqiçilər xəstəxanadadır. Reyhan yaxşı müğənni idi, amma özünü heç vaxt reklam etmirdi".