Bu gün Azərbaycan Kubokunda yarımfinalında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
Mia.az xəbər verir ki, ilk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydanda heç-heçə edəərk yarımfinala yüksəliblər - 2:2.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv növbəti raundda “Neftçi” - “Zirə” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu raunfun matçları aprelin 19-da və 27-də keçiriləcək.