Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.
Mia.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Səbail" adını növbəti raunda yazdırıb.
Beləliklə, Mahmud Qurbanovun baş məşqçi olduğu kollektiv yarımfinalda "Qəbələ" ilə oynayacaq.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.