Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.
Mia.az xəbər verir ki, Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.