Avropa Mərkəzi Bankı 3 əsas faiz dərəcəsini 50 faiz bəndi artırıb.
Mia.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Bildirilib ki, uçot dərəcəsi 2 %-dən 2,5 %-ə, depozitlər üzrə faiz dərəcəsi 1,5 %-dən 2 %-ə, marjinal kredit xətti üzrə faiz dərəcəsi 2,25 %-dən 2,75 %-ə çatdırılıb.
Bu qərar dekabrın 21-dən qüvvəyə minir.
Bildirilir ki, inflyasiya üzrə proqnozu xeyli artırıldığına görə,faiz dərəcəsinin yüksələcəyi gözlənilir.