Bu gün Azərbaycan Premyer Liqasında XVII turunda "Kəpəz" "Sabah"ı qəbul edib.

Mia.az xəbər verir ki, oyun bərabərliklə bitib - 2:2.

Onu da qeyd edək ki, 90+1-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ceyhun Nuriyev qırmızı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran Gəncə təmsilçisi 8-ci pilləyə yüksəlib. "Sabah" isə 40 xalla ikinci sıradadır.