"İşğadan azad edilmiş ərazilərdə yeni dəhlizlərin və sərhəd-keçid məntəqələrin üzərində gömrük postlarının yaradılması üzrə layihələr var".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov deyib.
O bildirib ki, hazırda Zəngilan rayonu ərazisində yerləşən Ağbənd gömrük-keçid məntəqəsi üzərində iş gedir: "Qarabağda 2 gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır. Həssas vaxtlarda bu məntəqələrdən keçid olmayıb, amma sonra "Eyvazlı" postundan 3 avtomobil keçib. Həmçinin, əvvəllər sürücülər gömrük rüsumu ödəməkdən imtina edirdilər. Əsasən İran sürücüləri yol vergisini ödəməkdən yayınmaq üçün bizdən kvota ayrılmasını istəyirdi, biz isə təklif etdik ki, gömrük rüsumunu ödəsinlər".