Dünya çempionatının 1/4 final mərhələsindı Argentina ilə Niderland yığmaları bu gün qarşılaşıb.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunun 35-ci dəqiqəsində Messsinin ötürməsiylə Nahuel Molina Argentinanı önə çıxarıb - 1:0.
İlk hissə bu hesabla başa çatıb.
72-ci dəqiqədə Messi penaltidən hesabı artırıb - 2:0.
82-ci dəqiqədə hollandlar fərqi azaldıb - 2:1
90+10-cu dəqiqədə hollandlar bərabərliyi təmin ediblər.
Bununla da oyuna 30 dəqiqəlik əlavə edilib. Bu vaxtda da qol vurulmadığından qalib penaltilərlə müəyyənləşib.
Argentina penaltilərdə daha dəqiq olub və 1/2-ə yüksəlib - 4:3
1/2-də Argentinanın rəqibi Xorvatiya olacaq.