Bu gün Dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə Braziliya yığmaları üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunda ilk hissədə hesab açılmayıb - 0:0.
İkinci hissədə də hesab dəyişmədiyindən hakim oyuna 30 dəqiqəlik əlavə vaxtı təyin edib.
105-ci dəqiqədə isə brazilyalı Neymar hesabı açıb - 1:0.
116-cı dəqiqədə xorvatlar hesaba tarazlıq gətirib - 1:1
120 dəqiqəlik vaxt 1-1 hesabı ilə bitdiyindən qalib penalti ilə müəyyən edilib.
Penaltilıər seriyasında xorvatlar daha üstün oynayıb və qalib gəlib - 4-2
Beləliklə, xorvatlar 1/2-ə yüksəlib, Brazilya isə yarışla vidalaşıb.
Onu da qeyd edək ki, oyundan dərhal soonra Braziliya millisinin baş məşqçisi Tite istefa verib.
O, bildirib ki, artıq dövrü bitib: "Bunu bir il yarım əvvəl demişəm. Sözümün ağasıyam”.