Bu gün Qətərdə təşkil olunan dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19.00-da Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək. 

Saat 23.0-da isə Niderlandla Argentina yığmaları qarşıalaşacaq.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. 

Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.