17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Mia.az xəbər verir ki, yığmamız 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar 21, 24, 27 oktyabr tarixlərində Serbiyada keçiriləcək.

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.