Azərbaycan energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə telefonla danışıb.

Mia.az xəbər verir ki, bu barədə o, tviter-də paylaşım edib: "Bu gün OPEC-in baş katibi Haysam Əl-Qays ilə telefon danışığında qlobal neft bazarının tənzimlənməsinə və OPEC+ formatında əməkdaşlığımıza dair müzakirələr apardıq".