Bu gün Dünya çempionatında Braziliya ilə Cənubi Koreya yığmalarıqarşılaşıb.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunun 7-ci dəqiqəsində Vinisius Junior hesabı açıb - 1:0.
Bu qoldan 6 dəqiqə sonra Neymar penaltidən Brazilyanın daha bir qolunu vurub - 2:0
29-cu dəqiqədə Rişarlison fərqi artırıb - 3:0
36-cı dəqiqədə isə brazilyalılar daha bir qola imza atıb - 4:0
76-da koreyalılar fərqi azaldıb - 4:1.
Oyun bu hesabla bitib və Brazilya 1/4-də Xorvatiya ilə rəqib olacaq.