Bu gün dünya çempionatında İngiltərə və Seneqal yığmaları üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə start götürən oyunda ingilislər 39-cu dəqiqədə hesabı açıblar - 1:0
45+3-cü dəqiqədə Harri Keyn hesabı artırıb - 2:0
57-ci dəqiqədə isə Bukayo Saka 3-cü topu afrikalıların qapısından keçirib - 3:0.
Oyun bu hesabla bitib.
Beləliklə, 1/8-ə yüksələn İngiltərə 1/4-də Fransaya rəqib olub.