Bu gün Dünya çempionatının E qrupunda Almaniya ilə Kosta Rika yığmaları qarşılaşıblar.
Mia.az xəbər verir ki, oyunun 10-cu dəqiqədə Serj Qnabri Bundestimi almanları önə keçirib - 1:0.
58-ci dəqiqədə isə Kosta Rika hesabı bərabərləşdirib - 1:1
69-da Kosta Rika hesabda önə çıxıb - 1:2.
Lakin iki dəqiqə sonra almanlar hesaba tarazlıq gətirib - 2:2
Almaniya 85-ci dəqiqədə hesabı artırıb - 3:2
Almanlar 90-cı dəqiqədə daha bir qol atıb - 4:2
Qrupun digər oyununda İspaniya Yaponiyanı məğlub edir - 2:1.
İspanların ilk hissədə vurduğu bir qola Yaponiya ikinci hissədə iki qolla cavab verib.
Belə ki, 48-ci dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. 53-cü dəqiqədə isə Tanaka yaopnları önə çıxarıb - 1:2
Oyunlar bu hesabla başa çatıb.
Beləliklə, Yaponiya qrup lideri, ispaniya isə ikinci pillənin sahibi kimi 1/8-ə yüksəliblər.