Bu gün Dünya çempionatında D qrupunun son turunda Avstraliya -Danimarka və Tunis -Fransa yığmaları üz-üzə gəliblər.
Mia.az xəbər verr ki, Bakı vaxtı ilə saat 19:00-da başlayan Danimarka- Avstraliya oyununda qitə ölkəsi minimal hesabla qalib gələrək adını pley-offa yazdırıb.
"Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.
Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.
Onu da qeyd edək ki, Tunis - Fransa oyununda hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya və Braziliya yığmaları 1/8 finala vəsiqə qazanıblar.