Bu gün dünya çempionatının B qrupunun III turunda ABŞ-İran və Uelslə -İngiltərə yığmaları üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, oyunun 46-cı dəqiqəsində ABŞ hesabı açıb - 1:0
Oyun elə bu hesabla da bitib.
Uelslə İngiltərə arasında baş tutan oyunda isə ingilislər rəqiblərini 3 qolla cəzalandırıb.
Belə ki, oyunun 50, 52 və 68-ci dəqiqələrində ingilislər Uelsi oyunu mərkəzdən başlamağa məcbur edib - 3:0.
Bu nəticələrdən sonra ABŞ və İngiltərə növbəti mərhələyə yüksəliblər.
Uels və İran isə yarışla vidalaşıblar.
1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.
ABŞ isə Niderlandla oynayacaq