Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başa çatıb.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da start götürən oyunun 44-cü dəqiqəsində Seneqal penaltidən hesabı açıb - 1:0.

68-ci dəqiqədə Ekvador hesaba tarazlıq gətirib - 1:1.

Bu qoldan iki dəqiqə sonra Seneqal yenə önə çıxıb - 2:1

Oyun bu hesabla bitib və nəticəyə əsasən qrupda ikinci yeri tutan Seneqal növbəti mərhələyə vəsiqə qazanıb.

Ekvador isə bu oyunla paralel keçirilən görüşdə Niderlanda uduzan Qətər isə yarışa vida ediblər