Qətərdə keçirilən dünya çempionatınIN C qrupunda Argentina və Meksika yığmaları arasında oyun başa çatıb.
Mia.az xəbər verir ki, ioyunda birinci hissə başa çatıb - 0:0.
İkinci hissənin 64-cü dəqiqəsində Lionel Messi Argentinanı önə keçirib - 1:0.
Antso Fernandes isə 87-ci dəqiqədə möhtəşəm zərbə ilə Argentinanın üstünlüyünü artırırb - 2:0.
Xatırladaq ki, bu qrupda Polşa 4 xalla ilk yerdədir. Səudiyyə Ərəbistanı və Argentina 3 xalla 2-ci, Meksika 1 xalla 3-üdür.
Argentina son oyunda Polşa ilə, Meksika isə Səudiyyə yığması ilə qarşılaşacaq
***
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, milllilər bu heyətlə meydanda "döyüşəcək":
Argentina: Dibu Martinez, Montiel, Lisandro Martinez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.
Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.