Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyunu başa çatıb.
Mia.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0.
***
Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar aşağıdakı heyətlə meydana çıxacaqlar:
Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino
Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.