Dünya çempionatının G qrupunda İsveçrə və Kamerun yığmaları arasında oyun başa çatıb.
Mia.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
Oyun İsveçrənin qələbəsiylə başa çatıb - 1:0.
Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.
Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.