Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.
Mia.az xəbər verir ki, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq.
Xorvatiya: Livaković, Juranović, Lovren, Gvardiol, Sosa, Brozović, Modrić, Kovačić, Vlašić, Perišić, Kramarić.
Mərakeş: Bounou, Hakimi, Saiss, Aguerd, Mazraoui, Amallah, Amrabat, Ounahi, Ziyech, Boufal, En-Nesyri
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.