Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu baş tutub.
Mia.az xəbər verir ki, qarşılaşma saat 14:00-da start götürüb.
Oyunun 2-ci dəqiqəsində Messi hesabı açmağa yaxın olub. Qapıçı onun zərbəsini çətinliklə dəf edib.
8-ci dəqiqədə isə VAR hakiminin xəbərdarlığı ilə Argentina penalti qazanıb.
Messi penaltini dəqiq yerinə yetirib - 1:0
İlk hissədə Argentina millisinin vurduğu daha 3 qol ofsayd səbəbindən qeydə alınmayıb.
İkinci hissənin 47-ci dəqiqəsində isə Səudiyyə millisi hesaba tarazlıq gətirib - 1:1
52-ci dəqiqədə Səudiyyə millisi daha bir gözəl qolla hesabdakı fərqi artırıb - 1:2
Oyun bu hesabla başa çatıb.