“Sabah” klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.
Paytaxt təmsilçisindən Mia.az-a verilən məlumata görə, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq sözləşmə müddəti daha bir il artırılıb.
Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Oyunçu “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.