Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Seyran Cahangirov saxlanılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.