Beyləqan rayonunda ağır qəza olub..
Mia.az xəbər verir ki, noyabrın 13-ü saat 15 radələrində Dünyamalılar kəndində baş verən qəzada rayonun Aşıqalılar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.