Azərbaycan hökuməti ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında 2022-2026-cı illər üzrə əməkdaşlığa dair çərçivə sənədi imzalanıb.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib: "Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək".