Azərbaycan Mərkəzi Bankı gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov deyib.
O bildirib ki, növbəti ilin dövlət büdcəsində dolların məzənnəsi 1,7 manatdan götürülüb: "Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir".