Azərbaycanda gələn il adambaşına düşən milli gəlir 7 min ABŞ dollarını keçəcək.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir əlavə edib ki, 2023-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalının dəyərinin 160 milyard manatı, o cümlədən qeyri-neft ÜDM-nin dəyərinin isə 73,3 milyard manatı keçəcəyi gözlənilir.