"Azərbaycanda dövlət büdcəsi xərclərini artırarkən ehtiyatlı olmalıyıq".
Mia.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, yüksək inflyasiya şəraitinda xərclərin artırlması qiymət artımına daha da sürətləndirə, inflyasiya spiralına səbəb ola bilər.
Nazirin sözlərinə görə, 2023-cü il büdcəsi hazırlanarkən iqtisadi artım 4,5%, o cümlədən qeyri-neft sektorunda iqtisadi artım 4,6% səviyyəsində nəzərə alınıb. İllik inflyasiya isə 6,3%-dən götürülüb.