Abşeronda avtomobil nənə və nəvəni vurub.
Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirilr ki, oktyabrın 31-i saat 23 radələrində Xırdalan şəhərində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.