"Biz İstanbulda qurulan Koordinasiya Mərkəzi vasitəsilə Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təmin etdik və qida böhranının qarşısını nisbətən aldıq".
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Tibb Dünyası Konqresindəki çıxışında deyib.
O bildirib ki, hər nə qədər Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüd etsə də, biz bəşəriyyətə xidmət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik.