Azərbaycan Premyer Liqasında XII turun açılış oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Mia.az xəbər verir ki, Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 15-ə çatdıran "Turan Tovuz" 6-cı pillədəki yerini qoruyub. 4 xalı olan "Sumqayıt" isə sonuncudur.
Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.