"Azərbaycanda tenderlərin keçirilməsi əvəzinə, birbaşa müqavilələrnin bağlanılması biznesə problem yaradır".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O daha sonra əlavə edib: "Tender nə üçündür? Bir neçə oyuncu öz təkliflərini verir. Hansı daha az maliyyə ilə daha yaxşı iş görəcəksə o, seçilir. Amma birbaşa müqavilə ilə digər oyuncuları prosesdən kənarlaşdırmaq olar".