"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Mia.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya "Loznika Qrad"ı ilə üz-üzə gəlib.
Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.
Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq.