“Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb.
Klubdan Mia.az-a verilən məlumata görə, komanda son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş 28 yaşlı hücumçu Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.