Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin səhhətində problem yaranıb.
Bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.
69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.
Çaçiç həmin şəxslərin XIV turda "Hayduk"la səfər görüşündə iştirak etməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Hayduk" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq/Report.