Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov paylaşım edib: "Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafı, energetika, kənd təsərrüfatı, neft-kimya, nəqliyyat-logistika sahələrində geniş əməkdaşlıq imkanları barədə müzakirələr apardıq"