Ukrayna Avropa İttifaqından (Aİ) 2 milyard avroluq makromaliyyə yardımı alıb. Bu vəsaitlər ölkənin Nazirlər Kabinetinə veriləcək 5 milyard avroluq yardım paketinin ilk hissəsidir.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“Bloomberg”in məlumatına görə, Aİ Ukraynaya noyabrın ikinci yarısında 2,5 milyard avro, dekabrda isə daha 500 milyon avro ayıracaq/Report.