Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, mübahisə zəminində bıçaqlanan 26 yaşlı Məmmədov Məhəmməd Rövşən oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın boşluğunun və döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır/Report.