Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda "Şamaxı" "Qəbələ"ni qəbul edib.
Mia.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan oyun heç-heçə ilə başa çatıb - 1:1
Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 3 xalı olan "Şamaxı" isə sonuncudur.
Qeyd edək ki, X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşü isə oktyabrın 16-da olacaq.