Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandası arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu başa çatıb.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.
İlk hissiə başa çatıb - 0:0
İkinci hissədə də oyun komandamızın üstünlüyü ilə davam etsə də, hesab açılmayıb.
Beləliklə, oyun qolsuz başa çatıb - 0:0
Qrupun digər matçında Almaniyanın "Frayburq" komandası Fransada "Nant"a qalib gəlib - 0:4.
Qeyd edək ki, bu heç-heçəylə "Qarabağ" növbəti oyunların nəticəsindən asılı olmayaraq UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.
Onu da qeyd edək ki, G qrupuna 12 xalla "Frayburq" başçılıq edir. "Qarabağ" 7 xalla ikinci, "Nant" 3 xalla üçüncü sıradadır. "Olimpiakos" isə bugünkü oyunla aktivinə bir xal yazdırıb.