Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sabiq rektoru İbrahim Cəfərova yeni vəzifə verilib.

Mia.az teleqraf.com-a istinadla xəbər verir ki, İ.Cəfərov Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru vəzifəsinə təyin olunub.

Sabiq rektor yeni iş yerində bu gün ilk iş gününə çıxıb.