İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-nin direktoru Anar Nərimanov vəzifəsini tərk edib.
Məlumata görə, onun yerinə Aqşin Məcidov təyin olunub.
Bundan başqa, İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin direktoru Zahid İsayev də vəzifədən çıxarılıb. Onun yerinə isə müvəqqəti olaraq MMC direktorunun müavini Emil Əhmədov gətirlib.