Azərbaycanın elit təbəqəsinin nümayəndələri Rusiyanın ən dəbliləri ilə bir araya gəliblər. ANS PRESS-in məlumatına görə, dünən - aprelin 21-də "HELLO!" jurnalının təşkilatçılığı ilə "Rusiyanın ən dəbliləri" mükafatının IX təqdimat mərasimi keçirilib.

Gecədə iştirak edən məşhurlar Kseniya Sobçak, Miroslava Duma, Aleksandr Terexov, Vika Qazinskaya, Yelena Perminova, İqor Krutoy, Natalya İonova, Yekaterina Darma və Yuliya Kalmanoviç və başqaları ilə birlikdə EMİN, Ülviyyə Rəhmanova, Könül Nağıyeva da olub.

"Rusiyanın ən dəbliləri" mükafatının qaliblər isə bunlardır:
"Ən dəbli xanım" - Ravşana Kurkova, "Casual" - İnqeboqra Dapkunayte,
"Stil ikonası" - Layma Vaykule,
"Ən dəbli cütlük" - Alsu və Yan Abramov,
"Ən dəbli kişi" - Dima Bilan,
"Ən dəbli kişi idmançı" - Aleksandr Zubkov,
"Ən dəbli xanım idmançı" - Yelena İlinıx,
"Ən dəbli idmançı cütlüyü" - Vik Uayls və Alyona Zavarzina,
"Klassika" - Svetlana İvanova
"Bohema şıqlığı" - Viktoriya Bonya,
"Pandora self-made woman" - Nonna Qrişayeva,
Spletnik.ru saytına görə "Ən dəbli xanım" - Kseniya Sobçak.