Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iki sənəd imzalanıb.
Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.
Nazir bildiirb ki, imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirib:
"Görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Bu gün imzalanan sənədlərə əsasən isə, EBRD-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”.