“Neftçi” PFK hücumçu Mirabdulla Abbasovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Mia.az xəbər verir ki, klub futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abbasov 2015-2016, 2017-2022-ci illər ərzində ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.