"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransanın "Sent-Etyen" komandasına keçidini açıqlayıb.
Mia.az xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.
Ona göstərdiyi xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib. Vadji yeni komandasında da 25 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.