Azərbaycanla Özbəkistan arasında energetika sahəsində Yol Xəritəsi imzalanıb.
Mia.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov paylaşım edib: “Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad Edilmiş Ərazilər, "Yaşıl enerji" çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir”.