Bu gün Azərbaycan Premyer Liqasında "Neftçi" "Zirə" ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, oyun "Neftçi"nin qələbəsi ilə başa çatıb - 2:1
Bununla da "Neftçi" xalını 9-a yüksəldib. "Zirə" isə 4 xalda qalıb.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la qolsuz heç-heçə edib. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları sabah, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.